Sərbəst Piramida üzrə Ölkə Çempionatının qalibləri müəyyən olundu!
Sərbəst Piramida üzrə Ölkə Çempionatının qalibləri müəyyən olundu!
17-19 May tarixlərində, Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Sərbəst Piramida üzrə Ölkə Çempionatı uğurla başa çatdı.
Yüksək rəqabətli mübarizə şəraitində keçirilən turnirdə ölkənin aparıcı idmançıları öz güclərini sınadılar və peşəkarlıqlarını nümayiş etdirdilər.
Turnirin yekun nəticələrinə əsasən:
-
🥇 Abbasəliyev Cahangir – Qızıl medal və ölkə çempionu titulu
-
🥈 Rəhimov Mirsəlim – Gümüş medal
-
🥉 Əkbərov Məhəmməd və Rzayev Emil – Bürünc medal
Çempionatın keçirilməsində AZPULMAT şirkəti sponsor qismində çıxış edərək turnirin yüksək səviyyədə təşkilinə öz töhfəsini verdi.
Azərbaycan Bilyard Federasiyası qalibləri təbrik edir və onlara gələcək beynəlxalq yarışlarda uğurlar arzulayır. Turnir bir daha sübut etdi ki, ölkəmizdə bilyard idman növü dinamik inkişaf edir və yeni istedadlar formalaşır.
