Dövlət qurumları arasında bilyard yarışı sona çatdı
Dekabrın 8-də dövlət qurumlarının əməkdaşları arasında keçirilən bilyard yarışına yekun vurulub. Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyasının birgə təşkilatçılığı ilə kişilər və qadınlar arasında keçirilən, iki gün davam edən yarışda 23 dövlət qurumundan 43 əməkdaş iştirak edib.
Qadınlar arasında:
-
Türkan İbadova ("İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
-
İlahə Hacıyeva və Fatimə Quliyeva (hər ikisi SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.
Kişilər arasında:
-
Elnur Quliyev (İqtisadiyyat Nazirliyi) birinci olub.
-
Fətəli Səfərov (Nazirlər Kabineti) yarışı ikinci, Toğrul Mahmudov (SOCAR) isə üçüncü pillədə başa vurublar.