- Ana Səhifə, Xəbərlər

14-16 mart 2020-ci il tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard İdman Federasiyası (ABİF) “Dinamik piramida” növü üzrə Ölkə Çempionatı keçirir.

14-16 mart 2020-ci il tarixlərində Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard İdman Federasiyası (ABİF) “Dinamik piramida” növü üzrə Ölkə Çempionatı keçirir.
Ölkə Çempionatının Əsasnaməsi (şərtlər və qaydalar)

1.Məqsəd və vəzifələr

Bu Çempionat bilyard idman növünü Azərbaycan Respublikasında inkişaf etdirmək məqsədini daşıyır.

2.Tarix və yer

Bilyard idman növünün “Dinamik piramida” intizamı üzrə Ölkə Çempionatı 14-16 mart 2020-ci il tarixlərində Bakı şəhərində keçirilir.
Çempionatın keçirildiyi yer: Bakı şəhəri Azərbaycan Bilyard İdman Federasiyası.
Çempionatda iştirak üçün Müraciət edənlər ərizə və şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir.
Qeydiyyatın son tarixi 11 mart 2020-ci il tarixi, saat 21:00
Püşkatma mərasimi – 12 mart 2020-ci il, 18:00-19:00
Çempionatın açılışı: 14 mart 2020-ci il tarixdə, saat 11.00-da başlayır.
Açılış mərasimində iştirakçılar müəyyən edilmiş idman geyimində olmalıdırlar.

3. Şərtlər və qaydalar

Çempionat – Beynalxalq Piramida Konfederasiyasının müəyyən etdiyi qaydalara uyğun olaraq keçirilir.
Çempionatın açılışı və bağlanması mərasimi:
-Çempionatın cədvəli və xüsusi şərtləri, müraciət edənlərin sayından asılı olaraq, ABİF-tərəfindən müəyyən edilir. -Tələb edilən geyim forması: tünd klassik şalvar, tünd ayaqqabı, saya köynək, tünd rəngli jilet və qalstuk (kəpənək). Çempionat iki mərhələdən ibarətdir:
1-ci mərhələ (qrup mərhələsi) – Görüşlər, olimpiya sisteminə qədər, iki məğlubiyyətlə müəyyən edilir.
2-ci mərhələ – Olimpiya sistemi ilə bir məğlubiyyətlə müəyyənləşdirilir.

Qrup mərhələsində görüşlər 5 qələbədən ibarətdir. Yarım final və final görüşləri 6 qələbədən ibarətdir.
15 dəqiqə gecikən idmançıya xəbərdarlıq edilir. Növbəti 15 dəqiqə gecikən idmançıya görüşün bir oyununa məğlubiyyət verilir. Sonrakı 15 dəqiqə isə görüşə tam məğlubiyyət gətirir.
Görüş zamanı hər bir tərəf 10 dəqiqə fasilədən istifadə edə bilər.
Üçüncü yer uğrunda görüş keçirilmir. Finala keçə bilməyən yarımfinalçılar, bürünc medallarla mükafatlandırılır.
Əsasnamədə nəzərdə tutulmuyan məsələlər ABİF-in təşkilat komitəsinin qərarı ilə həll olunur.