- Ana Səhifə, Xəbərlər

“Pool-8” istiqaməti üzrə ilk Ölkə Çempionatı (kişilər, qadınlar) keçirilmişdir

22-24 iyun 2019-cu il tarixlerinde Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, Azərbaycan Bilyard İdman Federasiyası tərəfindən, bilyard idman növünün “Pool-8” istiqaməti üzrə ilk Ölkə Çempionatı (kişilər, qadınlar) keçirilmişdir. 3 gün davam edən gərgin görüşlərin nəticəsində qaliblər bilinmişdir. Kişilər arasında Ölkə çempionu adina layiq Əjdər Nəsirov olmuşdur. 2-ci yeri Faiq Ağayev tutmuşdur. Nəhayət 3-cü və 4-cü yerləri Ziya Ağayev və Elnur Nuriyev bölmüşlər. Qadınlar arasında Ölkə çempionu Mina Nəsirova olmuş və 2-ci yeri Ləman İsmayılova tutmuşdur.
Qaliblər, Gənclər və İdman Nazirliyi tərəfindən diplomlar, Azərbaycan Bilyard İdman Federasiyası tərəfindən kuboklar, medallar və giymətli hədiyyələrlə mükafatlandırılmışlar.