- Ana Səhifə, Xəbərlər

9-11 fevral 2019-cu il tarixlərində Qarışıq Piramida üzrə Ölkə Çempionatı keçirilmişdir.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Bilyard İdman Federasiyası 9-11 fevral 2019-cu il tarixlərində Bakı şəhərinin C.Hacıbəyli küçəsində yerləşən (Zooparkın yaxınlığında) ABİF-in klubu hesab olunan Bilyard Akademiyasında Qarışıq Piramida üzrə Ölkə Çempionatı keçirmişdir. Həmin çempionata Respublikanın müxtəlif regionlarının iştirakçıları təşrif etmişlər. İştirakçıların sayı 64 olmuş və çempionatın cədvəli saya görə mükəmməl qurulmuşdu. 3 gün davam edən gərgin və baxımlı görüşlərin nəticəsində, mükafatçılar bəlli olmuşlar. Bunlardan 3, 4-cü yerlərə Rauf Mustafayev (idman ustası, dəfələrlə ölkə və beynəlxalq yarışların qalibi) və Azər Hacıyev (idman ustası, dəfələrlə ölkə və beynəlxalq yarışların qalibi, Qarışıq Piramida üzrə 2018-ci ilin çempionu), 2-ci yerə Müşviq Fərəcov (idman ustası, dəfələrlə ölkə və beynəlxalq yarışların qalibi) layiq olmuşlar. Nəhayət bilyard idman növünün Qarışıq Piramida üzrə 2019-cu ilin Ölkə Çempionu, idman ustası, dəfələrlə ölkə və beynəlxalq yarışların qalibi, yəni 2 qat Avropa Çempionatının gümüş mükafatçısı, Qafqaz Kuboku Turnirinin qalibi, 5 qat Ölkə çempionu Seymur Məmmədov olmuşdur. Mükafatçılara, GİN və ABİF tərəfindən diplomlar, medallar, kuboklar və pul mükafatları təqdim edilmişdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Ölkə Çempionatının 3 mükafatçısı, 25 fevral – 3 mart tarixlərində Rusiya Federasiyasında keçiriləcək Qarışıq Piramida üzrə Dünya Çempionatında iştirak etmək hüququnu qazanmışlar.