Azərbaycan Bilyard İdman Federasiyası 23 iyun 2018-ci il tarixində Bakı şəhərinin “EM” klubunda “Sərbəst Piramida” bilyard növü üzrə 12-21 yaşınadək gənclər arasında Turnir keçirdi. Həmin Turnirdə Azərbaycanın müxtəlif regionlarından gənc bilyard idmançıları iştirak etdi. Bunlar arasında 3-cü yerlərə Əhmədov Kənan və Tutinçian Səid, 2-ci yerə Fəttayev Murad və 1-ci yerə Haqverdiyev Mikayıl yiyələndi. Qaliblər Azərbaycan Bilyard İdman Federasiyasının prezidenti tərəfindən imzalanmış xüsusi diplomlarla və pul mukafatları ilə təltif edildilər. Turnirin əsas məqsədlərindən biri Azərbaycanda bilyard idman növünün daha da kütləviləştirilməsi və inkişaf etdirilməsi ilə bərabər, bu idman növünün gənclər arasında yayılmasıdır. Bununla belə, yaxın gələcəkdə ABİF tərəfindən yaradılmış bilyard təlim-məşq məktəblərinə Azərbaycan gənclərinin cəlb edilməsidir. 24 iyunda İdman Azərbaycan TV-sı Turniri xəbərlər bölümündə işıqlandırdı.