- Ana Səhifə, Xəbərlər

İdmançılarımız Gürcüstanda beynəlxalq turnirdə iştirak ediblər.

03-06 iyun 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Batumi şəhərində “Sərbəst Piramida” bilyard növü üzrə “Ajara Open 2018” adlı Beynəlxalq Turnir keçirilmişdir.
Turnirdə – Azərbaycan, Gürcüstan, Rusiya, Amerika Birləşmiş Ştatları, Belarus, Qazaxıstan, Qırğızıstan, Litva, Ukrayna kimi ölkələrin 42 idmançıları mübarizə aparırdı. Bununla yanaşı Azərbaycan Bilyard İdman Federasiyası yığmasının idmançısı Vasif Məmmədov səkkizliyə düşərək, tutduğu yerə görə mükafat qazanmışdır.