Hörmətli cənab Şəmsi-Azadi Əliyev!
Azərbaycanda Bilyardın qurulması sahəsində Sizin 25 ildən çox olan
fəaliyyətiniz hamı üçün nümunədir. Bilyardın bir idman növü kimi inkişaf
olunması yolunda və bu sahədə görülən yenidənqurma işlərdə, Sizin
Azərbaycan Bilyard İdman Federasiyasının rəyasət heyətinin üzvü olaraq
böyük töhfəniz var.
Azərbaycan Bilyard İdman Federasiyasının rəyasət heyəti, üzvləri və
idmançıları adından Sizi 55 illiyiniz yubiley münasibətilə ürəkdən təbrik edir,
Sizə möhkəm can sağlığı və fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Azərbaycan Bilyard İdman
Federasiyasının prezidenti
Emil Tağıyev