- Ana Səhifə, Xəbərlər

Azərbaycan Bilyard İdman Federasiyasının yığma komandası dünya çempionatında iştirak edib.

4-8 aprel 2018-ci il tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində Bilyardın “Dinamik piramida” növü üzrə Dünya Çempionatı keçirilib.

 Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Bilyard İdman Federasiyası yığmasının 6 idmançısı iştirak edib. Bundan əlavə, ABİF-in digər işlərinin həllində “FİNAL” yağları brendi dəstəkçi qismində çıxış edib.

Çempionatda iştirak edən müxtəlif ölkələrin 103 idmançısı arasında Ağayev Seyhun 10-luğa düşərək 9-cu yerə yiyələnib. Azərbaycanda bilyard sahəsinə yüksək diqqət göstərərək, əldə edilən nəticəni gələcəkdə daha da artırmaq üçün bilyard məktəblərinin yaradılması Azərbaycan Bilyard İdman Federasiyasının növbəti addımıdır.

Qeyd edək ki, bu ilin aprel ayında ABİF Beynəlxalq Piramida Konfederasiyası tərəfindən tanınaraq, həmin qurumun rəyasət heyətinin üzvü seçilib. ABIF həmçinin keçirilən dünya çempionatının açılış və mükafatlandırılma mərasimində iştirak edib.