- Ana Səhifə, Xəbərlər

Azərbaycan Bilyard İdman Federasiyası (ABİF) tərəfindən keçirilən 22-24 iyun 2019-cu il tarixlərində “Pool-8” üzrə Ölkə Çempionatının (kişilər, qadınlar) Əsasnaməsi (şərtlər və qaydalar)

 Azərbaycan Bilyard İdman Federasiyası (ABİF) tərəfindən keçirilən 22-24 iyun 2019-cu il tarixlərində “Pool-8” üzrə Ölkə Çempionatının

(kişilər, qadınlar) Əsasnaməsi (şərtlər və qaydalar)

 

 1.Məqsəd və vəzifələr

 Keçirilən çempionat, bilyard idman növünü Azərbaycan Respublikasında inkişaf etdirmək məqsədini daşıyır.

2.Tarix və yer

Bilyard idman növünün “Pool-8” üzrə Ölkə Çempionatı (bundan sonra – Çempionat) 22-24 iyun 2019-cu il tarixlərində Bakı şəhərində keçirilir.

Çempionatın keçirildiyi yer – Bakı şəhəri Azərbaycan Bilyard İdman Federasiyası (ABİF)

Qeydiyyatın son tarixi – 21 iyun 2019-cı il tarixində, saat 21:00-dək.

Çempionatın açılışı: 22 iyun 2019-cı il tarixdə, saat 11:00-da.

  1. Şərtlər və qaydalar

Çempionatın açılışı və bağlanması mərasimi:

– Çempionatın cədvəli və xüsusi şərtləri, müraciət edənlərin sayından asılı olaraq, ABİF-tərəfindən müəyyən edilir.

Tələb edilən geyim forması: polo köynək, şalvar və ayaqqabı (tərliklə iştirak qəti qadağandır).

Çempionat iki mərhələdən ibarətdir:

1-ci mərhələ (qrup mərhələsi) – Görüşlər, olimpiya sisteminə qədər, iki məğlubiyyətlə müəyyən edilir.

2-ci mərhələ – Olimpiya sistemi ilə bir məğlubiyyətlə müəyyənləşdirilir.

Qrup mərhələsində görüşlər 4 qələbədən ibarətdir. Yarım final və final görüşləri 7 qələbədən ibarətdir. 15 dəqiqə gecikən iştirakçıya xəbərdarlıq elan edilir. Növbəti 15 dəqiqə gecikən iştirakşıya 1 oyun məğlubiyyəti verilir.

Üçüncü yer uğrunda görüş keçirilmir. Finala keçə bilməyən yarımfinalçılar, bürünc medallarla mükafatlandırılır.

Mükafatlandırılma mərasimi 1, 2 və 3-cü yer tutan iştirakşılarla, final görüşündən sonra keçirilir. Mükafatlandırılma mərasimində iştirakçılar ABİF tərəfindən müəyyən edilmiş geyim üslubunda olmalıdırlar.

Əsasnamədə nəzərdə tutulmayan məsələlər ABİF-in təşkilat komitəsinin qərarı ilə həll olunur