- Ana Səhifə, Xəbərlər

ABİF məlumat üçün bildirir ki, 03 iyun 2018-ci il tarixdə Gürcüstanın, Batumi şəhərində bilyard idmanının “Sərbəst Piramida” növü üzrə “Ajara Open 2018” beynəlxalq turniri keçiriləcəkdir.

 

Turnurin reqlamentinə əsasən qeyd olunan turnir 03-06 iyun 2018-ci ildə  Gürcüstan, Batumi şəhəri, Abuseridze küçəsi 73 ünvanında “Piramida” bilyard klubunda keçiriləcəkdir.

İştirak etmək istəyən şəxslər 02 iyun 2018-ci il tarixdən gec olmayaraq turnirin təşkilatçılarına 50 (əlli) ABŞ dollar ödəməklə qeydiyyatdan keçə bilər.

Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasından 6 idmançının iştirakı nəzərdə tutulub və onlardan yalnız 2-si (ABİF-nın reytinq cədvəlində xalları yüksək olan) turnirin təşkilatçıları tərəfindən “Duta” otelində (Batumi şəhəri, Pirosmani 6) yerləşdirmə ilə təmin olunacaqdır.

Son müraciət 20 may 2018-ci il tarixədək aşağıdakı ünvanlara göndərilməlidir.

Email: info@duta.ge  və ya  hotel_duta@list.ru,

Tel: +995 599 51 76 76, +995 579 69 69 69 (Viber, WhatsApp),

Kaxidze Temur Aleksandroviç.

 

Ətraflı məlumat aşağıdakı linkə daxil olun:

Burdan daxil olun.